Əməkdar artistdən şairlərə sərt sözlər

Ağalar Bayramov: “Həyanı, utanmağı itirəndən sonra nəyə desən getmək olar”

"Yazın, təhlil edin, özünüz doğub özünüz göbəyini kəsməyin". "Olaylar"ın məlumatına görə, mövcud ədəbi mühitdəki bəzi şairələri tənqid edən respublikanın əməkdar artisti Ağalar Bayramov belə deyib. ""Novator" adı altında yazan şairləri təhlil edib dağ başına qoyurlar. Heyrətlənirəm. Şeir əllaməlik deyil, bu - sağ əllə sol qulağı tutmaq deməkdir. Bu təzə metoddur, yazmamışdan qabaq onu bazara çıxarıb camaata sırıyan tapılmalıdır. Necə ki, "mini yubkalılar"ın sponsorları kimi. Yazın, təhlil edin, özünüz doğub özünüz göbəyini kəsməyin. Elə bilirsiz, bununla xalqin qəlbinə yol tapmaq olar? Mikayıl Müşfiq demişkən, "Adamın üzündə həya gərəkdir". Həyanı, utanmağı itirəndən sonra nəyə desən getmək olar" - deyə A.Bayramov qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31