Cazibədar aktrisadan ürək dağlayan etiraf
“Öz ailəm olmadığı üçün ailə qurmaq istəyirəm”
22 Yanvar 2015 10:26 MədəniyyətTürkiyəli aparıcı və aktrisa Burcu Əsmərsoy şəxsi həyatı ilə bağlı bir sıra açıqlamalar verilib.ANS PRESS-in məlumatına görə, Türkiyənin "TV8" telekanalında məşhur sənətçi Hülya Avşarın aparıcılıq etdiyi proqrama qonaq olan 38 yaşlı aktrisa Burcu Əsmərsoy necə bir ailədə böyüdüyünü dilə gətirib."22 il nənə və babamla yaşadım. Nənəm (atamın anası) ölənə qədər 12 il müddətində anama xala demişəm. Yıxılanda "ana" yox, "nənə..." deyib ağlayırdım" - deyən Burcu Əsmərsoy proqramda kövrək anlar yaşadıb.Hülya Avşar teleulduzun eşq münasibətlərində yaşadığı uğursuzluqlara da toxunub. B.Əsmərsoy iki dəfə aşiq olduğunu və onlardan birinə görə 5 il əzab çəkdiyini bildirib.Uşaqlıqdan bir ailəyə sahib olmadığını söyləyən Əsmərsoy, yaxşı bir ailə qurmaq və həyat yoldaşının onu dünyanın tək qadını kimi hiss etdirməsini istədiyini etiraf edib.Proqram hələ efirə getməsə də, artıq anonsu ölkədə böyük səs-küy yaradıb.Qeyd edək ki, 1997-ci ildə "Türkiyə gözəli" seçilən burcu Əsmərsoyun "Atletiko Madrid" klubunun ulduzu Arda Turanla da eşq münasibətləri yaşadığı barədə xəbərlər yayılmışdı.