"Doktor Sevda xanım" insult keçirib
21 Yanvar 2015 12:55 MədəniyyətAktrisa Tanilə Əhmərova insult keçirib. Lent.az-ın məlumatına görə, bu barədə aktrisanın həmkarları sosial şəbəkələrdə məlumat paylaşıblar. Vəziyyəti ağır olan aktrisa yeriyə bilmir.
Qeyd edək ki, Tanilə Əhmərova "Üzü küləyə", "Üzeyir ömrü", "Tələ", "Təhminə" kimi bir sıra filmlərdə rol alıb. Yaratdığı ən yadda qalan obrazlardan biri isə "Qayınana" filmindəki stomatoloq Sevda xanımdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31