Məşhur bəstəkar 20 Yanvar faciəsi ilə bağlı kompozisiya bəstələdi

Azərbaycanın xanım bəstəkarı Sevinc Tofiqqızı 20 Yanvar faciəsinə kompozisiya bəstələyib. "OLAYLAR"a açıqlamasında bəstəkar 20 Yanvar faciəsinin canlı şahidi olduğunu bildirib və şəhidlərin əziz xatirəsinə kompozisiya bəstələməyin borcunun olduğunu sözlərinə əlavə edib. " Mən 20-yanavar qanlı gecəsinin şahidi olmuşam. 20 Yanvar şəhidlərinin əziz xatirəsinə kompozisiya bəstələmək mənim üçün borc idi. Bu dəhşətli cinayətdən və bu faciədə həyatını itirən bütün şəhidlərimizə allahdan rəhmət diləyirəm" - deyə S.Tofiqqızı qeyd edib. Qeyd edək ki, bəstəkar Sevinc Tofiqqızı 20 Yanvar şəhidlərinin xatirəsinə həsr etdiyi "Ümid körpüləri" adlı musiqi kompozisiyasının video-çarxını da hazırlayıb. Klipin rejissoru Əziz Orucovdur, aranjimanı isə Osman Həmidova məxsusdur. Məlumat üçün bildirək ki, bəstəkarın "Ümid körpüləri" adlı videofilimin təqdimatı "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 20 Yanvar faciəsinə həsr olunan anım mərasimidə təqdim olunub. Adı gedən tədbirdə millət vəkilləri Qənirə Paşayeva və Ziyad Səmədzadə, təhsil nazirinin müavini Firudin Qurbanov, İçərişəhərin Ağsaqqallar Şurasının üzvləri Urxan Ələkbərov, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev və Səadət Qəndilov iştirak ediblər. ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31