İranda Alim Qasımovun qızına nəyi qadağan etdilər?

Xalq artisti Alim Qasımov və qızı əməkdar artist Fərqanə Qasımova İrandan konsert verib. Lent.az-ın məlumatına görə, sosial şəbəkədə A.Qasımovun qızı F.Qasımovanın İranda ifasının qadağan edilməsi barədə məlumatlar yayılıb. Bildirilir ki, İranda xanımların oxumağına icazə verilmədiyi üçün Fərqanə atasının konsertini səhnə arxasında izləmək məcburiyyətində qalıb. Xəbəri dəqiqləşdirmək üçün A.Qasımovla əlaqə saxladıq. Muğam ustadı məsələyə bu cür aydınlıq gətirdi: "Qızımla birgə İranda 2 gün konsert verməli idik. Konsertin ilk günündə birlikdə səhnə aldıq. Lakin 2-ci günündə isə Fərqanənin səhhətində problem yarandı və mənlə eyni səhnəni bölüşə bilmədi. Beləcə tək ifa etdim. Qaldı ki, İranda qızımın ifasına qadağa qoyulmasına, bu sadəcə şaiyədir. Belə bir şey olmayıb. Qızımı və məni orada yaxşı qarşıladılar. Artıq ötən gün Bakıya qayıtmışıq. Bu cür şayiələrin yayılması yaxşı deyil"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31