Mətanətdən qızına nəsihət: "Ailə qurdunsa, ömürlük olmalıdır"

"Qızıma deyirəm ki, Ülkər ailə qurmaq beş günlük deyil, yaxşı fikirləş. Bu addımı atırsansa, ömürlük olmalıdır". Bu sözləri "Düzünü desək" verilişinin qonağı olan əməkdar artist Mətanət İsgəndərli deyib. O, övladlarının seçiminə qarışmadığını bildirib: "Ailə qurdunsa, bu adamla ömürlük yaşayacaqsan. Qızımın beyninə yeridirəm ki, sabah ayrılıb gəlsən, düzgün olmaz. Oğluma da evlənəndə qarışmadım. On il gəlinimlə bir-birlərini sevdilər. Əvvəl dost idilər, sonra məhəbbətə çevrildi. Gərək valideyn uşağın seçiminə qarışmaya. Amma başlı-başına da buraxmayasan, məsləhət verəsən. İndi gəlinimlə oğlum arasında bir söz-söhbət olanda mənə demirlər. Özləri həll edirlər. Çünki öz istəkləri ilə evləniblər".

Qeyd edək ki, müğənninin qızı Ülkər nişanlıdır. (axşam.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31