Azərbaycanlı ifaçı Londonda konsert verəcək
13 Yanvar 2015 18:35 MədəniyyətVokalçı Ramil Qasımov Londonda "Səni tərənnüm edirəm, müasir Azərbaycanım" adlı konsert verəcək. Bu barədə Lent.az-a R.Qasımovun mətbuat katibi məlumat verib. Məlumatda bildirilir ki, azərbaycanlı vokalçı konsertdə London Simfonik Orkestri ilə birgə çıxış edəcək. Proqramda Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Tofiq Quliyev, Rauf Hacıyev, Səid Rustəmov, Puccininin əsərləri səslənəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31