“Burdan min atlı keçdi” tamaşası nümayiş olunub

Binəqədi Rayon İcra Hakimiyyəti və "İrəvan" Dövlət Azərbaycan Dram Teatrının birgə təşkilatçılığı ilə şair-dramaturq Hidayət Orucovun  "Burdan min atlı keçdi" əsəri əsasında hazırlanmış tamaşa nümayiş olunub. "OLAYLAR"-a daxil olan məlumata görə, tamaşa Binəqədi Rayon İcra Hakimiyyətinın başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin 2015-ci il üçün təsdiq edilmiş iş planının 41-ci bəndinə uyğun olaraq "Ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsi və təbliği" istiqamətində  ilk tədbiri olaraq təşkil edilib. Akademik Milli Dram Teatrında tamaşanı izləyənlərin sırasında əsərin müəllifi şair-dramaturq Hidayət Orucov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Aygün Əliyeva, millət vəkilləri Nizami Cəfərov,  Gülçöhrə Məmmədova, AMEA-nın vitse-prezidenti, professor İsa Həbibbəyli,  rayon icra strukturlarının rəhbərləri, ictimai birliklər, media nümayəndələri, məktəblilər və rayon ictimaiyyəti olub. Tamaşa XX əsrin sonlarında Qafqazda münaqişələrin alovlanması məqsədi ilə gizli siyasət yürüdənlərin əməllərinə qarşı ulu öndər Heydər Əliyevin kəskin və barışmaz mövqeyini, həmçinin qərbi azərbaycanlıların erməni şovinistləri ilə gərgin mübarizəsini əks etdirir. Səhnə əsərində "İrəvan" teatrının aktyorları rol almışlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31