Azdramada “Nadir şah”ın növbəti premyerası keçirilib

Yanvarın 10-da Azərbaycan Dövlət Dram Teatrında yazıçı-publisist Yunus Oğuzun eyni adlı tarixi romanı əsasında səhnələşdirilmiş "Nadir şah" tamaşasının növbəti premyerası oynanılıb. Gümrah Ömərin quruluş verdiyi tamaşada baş rolu (Nadir şah) Azərbaycanın əməkdar artisti Məmməd Səfa oynayıb. Azərbaycan Avşar dövlətinin qurucusu, böyük sərkərdə, fateh Nadir xan Avşarın həyatın bəhs edən səhnə əsəri  tamaşaçıların böyük  marağına səbəb olub. Qeyd edək ki,  tamaşa Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanıb. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31