“Həyatda ümidlə, arzu ilə yaşayıram”

Əməkdar artist Almaz Ələsgərli 2014-cü ildəki uğurlarından söz açıb. Axşam.az-ın məlumatına görə, "Gün üzü" verilişinin qonağı olan müğənni uzun müddətdir həyatında olan bütün problemləri həll etdiyini bildirib: "Geridə qoyduğumuz at ili mənə çox düşərli oldu. Çünki özüm də at ilində dünyaya gəlmişəm. İllərdir həyatımda olan problemlər, düzəlməsinin həsrətini çəkdiyim işlər yoluna düşdü. Bütün problemlərim həll olundu. 2015-ci ilə isə ümidlərim daha çoxdur. Mən həyatda ümidlə, arzu ilə yaşayıram. Heç vaxt arzulamaqdan əl çəkmirəm. Buna görə də, istəklərim mütləq həyata keçir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31