“Nadir Şah”ın növbəti premyerası keçiriləcək

Yazıçı-publisist, türkoloq alim Yunus Oğuzun "Nadir Şah" romanı əsasında hazırlanmış eyniadlı tamaşanın növbəti premyerası keçiriləcək. Premyera yanvar ayının 10-da AzDrama"-da baş tutacaq.Tamaşa saat 19-da başlanır.  Biletlər teatrın kassalarında satılır.

Qeyd edək ki, yazıçının "Nadir Şah" romanı əsasında hazırlanan tamaşanın ilk premyerası ötən il dekabrın 24-də "AzDrama"-da baş tutub. Tamaşada baş rolu-Nadir şahı Azərbaycanın xalq artisti Ramiz Novruzov ifa edib. Tamaşa anşlaqla keçib və böyük maraqla qarşılanıb. Rejissoru Gümrah Ömər olan tamaşa Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanıb. ("OLAYLAR"İA)
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31