Nurtəkin Atalının “Heyrətimin İnciləri” kitabı çap edilib
5 Yanvar 2015 16:59 MədəniyyətAsif Atanın Mütləqə İnam Ocağının üzvü Nurtəkin Atalının yeni kitabı çap olunub. "Heyrətimin İnciləri" adlanan kitab Ocaqsevərlərə təqdim olunub.
N. Atalı "Olaylar"a açıqlamasında deyib: "Bu bir ömür yoludur - özünü milli-insani yöndən təsdiq eləməyin və xalqyaratma əməlinin izharıdır. 18 il Asif Atanın Yolunda İnsanlığın gələcəyinə qulluq göstərmək, sözün gerçək anlamında, milli açıdan dəyərdir. Kitabı səhifələdikcə bir daha bunun şahidi olmaq olar". Kitab yaxın günlərdə kitab satışı dükanlarında və kitab evlərində olacaq. Kitabın elektron variantını isə www.asifataocagi.com saytının "Ocaqçılar" Odasından da oxumaq mümkündür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31