Məryəm Uzərliyə şər atdılar
Aktrisa haqqında yayılan xəbərlərə cavab verib
25 Dekabr 2014 09:45 MədəniyyətAktrisa Məryəm Uzərli haqqında danışılanlara aydınlıq gətirib.ANS PRESS-in məlumatına görə, bir neçə gün əvvəl aktrisanın bir neçə sevgilisinin olması barədə xəbərlər yayılmış və bu hal onun imicinə təsirsiz ötüşməmişdi.Xəbərlərdə aktirsanın dostlarına "Mən şorgöz qadınam, Almaniyada görüşdüyüm üç sevgilim var" dediyi iddia edilirdi.Sosial şəbəkədə də geniş söz-söhbətə səbəb olan və sevənləri tərəfindən xoş qarşılanmayan məsələyə Uzərli "Instagram" hesabından cavab verib:"Bu gün çıxan, mənim etibarımı ləkələmək üçün hədəflənən bu yalan xəbəri təəccüblə və məyus bir halda oxudum".Qeyd edək ki, aktrisa ötən həftə isə gecə saatlarında "Muhteşem yüzyıl" serialında rol həmkarlarından olan aktyor Ozan Güvənlə səmimi görüntülənmişdi. Onlar qucaqlaşaraq aktyorun evinə daxil olmuşdular.