“Nadir şah”ın premyerası keçirildi
25 Dekabr 2014 09:40 MədəniyyətDekabrın 24-də yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun "Nadir şah" romanı əsasında Azərbaycan Akademik Milli Dram Teatrında səhnələşdirilmiş "Nadir şah" tamaşasının premyerası keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə səhnələşdirilən tamaşanın quruluşçu rejissoru Gümrah Ömərdir. Tamaşada baş rolu - Nadir şahı əməkdar artist Məmməd Səfa və xalq artisti Ramiz Novruz ifa ediblər. "Nadir şah" tamaşasının premyerasında millət vəkilləri, ziyalılar, kütləvi informasioya vasitələrinin rəhbərləri və ictimai təşkilatların nümayəndələri iştirak edib. Tamaşa böyük maraqla izlənilib.Qeyd edək ki, Qırğızıstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu "Nadir şah"ın Qırğızıstanda səhnələşdirilməsi təşəbbüsü ilə çıxış edib və bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Mədəniyyət və Turizm Nazirliyinə məktubla müraciət edib. Premyera davam edir.