Xalq artisti: “Mənim prezidentim, ad gününüz mübarək” VIDEO
24 Dekabr 2014 14:49 MədəniyyətXalq artisti Faiq Ağayev Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibətiylə təbrik edib. Populyar müğənni bu barədə öz "Facebook" səhifəsində yazıb: "Möhtərəm Prezident! Sizi ad gününüz, həmçinin qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni, 2015-ci il münasibəti ilə sidq ürəkdən təbrik edir, Sizə Vətənimizin rifahı naminə göstərdiyiniz misilsiz fəaliyyətinizdə Uca Tanrıdan böyük uğurlar, ailənizə möhkəm can sağlığı və xoşbəxtlik arzu edirəm!". Daha sonra Faiq Ağayev Prezidentə ünvanladığı ad günü mesajının video-görüntüsünü də paylaşıb. "Səmimi qəlbdən ölkə başçısını təbrik edirəm. Mənim prezidentim olaraq, müraciət edirəm, ad gününüz mübarək, cənab prezident. Kənardan da çətin görünür sizin işiniz, amma o işi içdən bilən sizsiniz. Bilirsiniz ki, nə boyda məsuliyyət, nə kimi çətinliklər, nə qədər kənar təsirlər var. Möhkəm olun, həmişəki kimi güclü olun. Sizə, bütün ailə üzvlərinizə can sağlığı arzu edirəm. Mən də hər bir azərbaycanlı kimi azad, güclü və firəvan bir ölkədə yaşamaq istəyirəm. Bu istəklərimi həyata keçirən bir ölkə başçısı olaraq, yalnız sizi görürəm. Güclü, qüvvətli Azərbaycan naminə, rifah dolu, sevinc dolu Azərbaycan naminə Allah sizi qorusun, sizi bu millətə şox görməsin" - deyə F.Ağayev görüntüdə qeyd edir.
"Olaylar.az" həmin videonu təqdim edir: