Klint İstvud boşandı
24 Dekabr 2014 19:05 MədəniyyətMəşhur aktyor və rejissor Klint İstvud rəsmən öz arvadı Dinadan boşanıb. Bu barədə "Daily Mail" xəbər verir. Kaliforniya ştatının Montereq Kaunti məhkəməsinin hakimi çütlüyün ayrıldığını təsdiqləyib. Onların izdivacı 18 il davam edib.
Qeyd edək ki, xanım İstvud hələ ötən ilin oktyabrında boşanmaq üçün ərizə vermişdi. Münasibələrin pozulmasına səbəb ər-arvad arasında "barışmaz ziddiyyətlər"in olması göstərilir. Dina Rusi aliment tələb edir və 18 yaşlı qızı Morqanın boşanmadan sonra onunla qalmasını istəyir. Ruislə izdivacı 84 yaşlı İstvud üçün ikinci nikahdır. Morqan Dinanın ilk, İstvudun isə səkkizinci övladıdır. İstvud Ruisdən əvvəlki arvadı Meqqi Consonla 1984-cü ildə ayrılıb. Boşanmadan sonra Ruis depressiyadan müalicə olunub. Məşhur aktyor artıq onunla boşananadək özündən iki dəfə kiçik olan 42 yaşlı Erika Fişerlə münasibət qurub.