Faiq Ağayev: “Tüpürüm sizin insanlığınıza”

Xalq artisti Faiq Ağayev metronun "Koroğlu" stansiyasının yaxınlığında yerləşən körpüdə baş verən intihar hadisəsinə münasibət bildirib. O, bu barədə öz "Facebook" ünvanında yazıb. "Tüpürüm sizin insanlığınıza! Adam təngə gəlib, intihar etmək fikrindədir. Aşağıdakı "tamaşaçılar" isə ona "Tullan!" qışqırırlar... Vəhşi heyvanlarda belə mərhəmət var. Bunlar isə... Allah kökünüzü kəssin" - deyə Faiq Ağayev intihar edən qadını ələ salan insanları qınayıb. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31