Xoşqədəmlə Doğuşun Bakıdakı toy tarixi açıqlandı
23 Dekabr 2014 12:36 MədəniyyətTürkiyəli müğənni Doğuşla oktyabrda nikaha daxil olub, hamını qəfil xəbərlə təəccübləndirən teleaparıcı Xoşqədəm Hidayətqızına Bakıda toy çalınacaq. Tabloid.az xəbər verir ki, Türkiyədə baş tutan toyun davamı dekabrın 25-nə nəzərdə tutulub. Artıq toyun dəvətnamələri də paylanıb. Xoşqədəm xanım Doğuşla xoş gününə respublikanın sayılıb-seçilən ziyalılarını, jurnalistləri və tanınmışları dəvət edib.
Qeyd edək ki, toy mərasimi Kempinskidə baş tutacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31