Müğənnidən aparıcılıq edən həmkarlarına: "Efirdə bazar açıblar"

Daha çox qalmaqallı açıqlamaları ilə gündəmdə qalan müğənni Əli Mirəliyev aparıcılıq edən həmkarlarını tənqid edib. Lent.az-a açıqlama verən ifaçı deyib ki, müğənnilərin aparıcılıq etməsinin qarşısını almaq lazımdır: "Müğənniliklə aparıcılıq ayrı-ayrı sahələrdir. Elələri var ki, ailədən bixəbərdir, amma efirdə camaata ailə dərsi keçir. Adama deyən yoxdur ki, müğənnisən, get müğənniliyini elə. Camaata ağıl dərsi keçməyin. Hamı bilir ki, bəziləri efirə kimin sayəsində gəlib. Müğənnin işi oxumaqdır, aparıcılıq yox. Mən danışanda deyirlər ki, Əli yenə danışdı. Olanı deyirəm. Lazı gəlsə sözümü canlı efirdə dəyərəm". Ə.Mirəliyev əlavə edib: "Bəzi aparıcılar var ki, bir cümləni axıra qədər deyə bilmir, dəftərdən oxuyur. Hətta elələri var ki, efirdə bazar açıblar. Efirə qonağı çağırır, imkan vermir ki, qonaq danışsın, ancaq özü danışır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31