Anar özünə müavin təyin edib
19 Dekabr 2014 18:30 MədəniyyətAzərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətinin rəhbəri, şair Xəyal Rza Beynəlxalq Mahmud Kaşğarlı Fondunun rəhbərinin müavini təyin edilib. Bu barədə APA-ya Xəyal Rza özü məlumat verib. X. Rza bildirib ki, bununla bağlı fondun rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar tərəfindən bu gün əmr imzalanıb: "Anar müəllimin rəhbərliyi altında fond bundan sonra böyük ədəbi layihələrə imza atacaq".
Qeyd edək ki, Beynəlxalq Mahmud Kaşğarlı Fondu türkdilli ölkələrdə fəaliyyət göstərir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31