Telman Əliyev: “Məlahət Abbasova Azərbaycan teatrının səfiridir”
19 Dekabr 2014 13:55 MədəniyyətPrezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. Türkiyə və Azərbaycanda də bir çox film və seriallarda rol almış M.Abbasovanın dövlətin diqqətindən kənarda qalmaması sənət adamlarımızı da sevindirib. Respublikanın əməkdar artisti Telman Əliyev də bu barədə öz təəssüratlarını bölüşüb: "Qardaş Türkiyəmizin azərbaycanlı vətəndaşının fəxri adla təltif olunması prezidentimizin diqqət və qayğısının nəticəsidir. Bir sənətçi olaraq, bu fəxri ad Məlahət xanımın haqqıdır. O, bizim teatrımızın səfiridir. Məlahət xanımı və ailəsini bu münasibətlə təbrik edirəm. Daha böyük mükafatlar arzulayırıq. Prezidentimizə isə bu fərman üçün sonsuz minnətdarlığımızı bildiririk".