Rəmiş: "Öləndən sonra nəyimə lazım idi ad?!”
Xalq artisti: “Mənə verilən ad haqda eşidəndə çox sevindik, Gülüş kövrəldi”
19 Dekabr 2014 12:08 Mədəniyyət"Mənə verilən ad haqda eşidəndə çox sevindik. Gülüş hətta kövrəldi". Bu Anspress-ə açıqlamasında Rəmiş deyib. "Xəbər bizə veriləndə Gülüşlə atelyedə idik. Ona paltar tikdirirdik. Elə orada nə qədər hörmətli insanlar mənə zəng vurdu. Çox sevindik. 1966-cı ildən "Dan ulduzu" ansamblında çıxış edirəm. İndi 70 yaşım var. Nə yaxşı ki, indi verdilər. Öləndən sonra nəyimə lazım idi ad?!".
Qeyd edək ki, prezident İlham Əliyev mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Anspress-in məlumatına görə, sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:
"Xalq Artisti"
Hüseynov Rafiq Hüseyn oğlu
Xasıyeva Könül Kazım qızı
Məmmədova Gülyanaq Zakir qızı
Məmmədova Gülyaz Zakir qızı
Sadıqov Ənvər Hidayət oğlu