Mincəçevir Dövlət Dram Teatrı ittihamlara cavab verdi
18 Dekabr 2014 17:03 MədəniyyətMingəçevir Dövlət Dram Teatrında işdən çıxarılmalar və digər neqativ hallar barədə "OLAYLAR"da dərc olunan yazıya teatrın direktor müavini Vüsal Məmmədov reaksiya verib. "OLAYLAR"a müraciət edən Vüsal Məmmədov yayılan məlumatların həqiqətəuyğun olmadığını deyir. Direktor müavini iddia edir ki, teatr barədə məlumatları yayan teatrın aktyoru İbrahim Salamov işə məsuliyyətsiz yanaşdığı üçün vəzifəsindən kənarlaşdırılıb. Onun dediyinə görə, 2014 -cü ilin mart ayından başlayaraq Mingəçevir Dövlət Dram Teatrı özünün əsl intibah dövrünü yaşayır: "Daxili nizam -intizamı pozduğu və tamaşanı yarımçıq saxladığı üçün Salamov İbrahim qanuni halda teatrdan uzaqlaşdırılıb. Teatr rəhbərliyinə, həmçinin teatrın iş ahənginə problemlər yaratmaq məqsədilə, İ.Salamovun illərdir yaratdığı qruplaşma ərizə yazıb işdən çıxsalarda istədiklərinə nail ola bilmədilər. Qanunun aliliyini unudub dayanmadan "dost-tanış" saytlara, bəzi xəbər portallarına şər-böhtan dolu yazılargöndərirlər. Lakin, Xalq artistini, əməkdar artistləri susqun olmaqda, dinməməkdə günahlandırmaq, dünənədək özlərinin sənət yoldaşları olan gənc aktyor və aktirsaları bugün "ordan -burdan gələnlər" deyib kiçiltmək heç bir məntiqə sığmır".
Vüsal Məmmədov deyir ki, İbrahim Salamov hazırki direktor Səxavət Məmmədovdan əvvəl iki direktor və bir baş rejissorla yola getməyib. Bu şəxs heç bir əsas olmadan teatr rəhbərliyinə təzyiqlər edir, bəzi sayt və qəzetlərdə əsassız ittihamlarla teatr rəhbərliyini ləkələmək istəyir.