“Nadir şah” tamaşasının premyerası-dekabrın 24-də AzDramada!
18 Dekabr 2014 14:40 MədəniyyətDekabrın 24-də yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun "Nadir şah" romanı əsasında Azərbaycan Akademik Milli Dram Teatrında səhnələşdirilmiş "Nadir şah" tamaşasının premyerası keçiriləcək. Quruluşçu rejissoru Gümrah Ömər olan tamaşada baş rolu-Nadir şahı əməkdar artist Məmməd Səfa (Məmmədsəfa Qasımov) və xalq artisti Ramiz Novruz ifa edəcək. Qeyd edək ki, tamaşa Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə səhnələşdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31