Türkiyənin məşhur müğənnisi Gəncədə konsert verəcək
16 Dekabr 2014 17:31 MədəniyyətTürkiyənin məşhur müğənnilərindən olan Fərhad Göçər dekabrın 22-də Gəncə şəhərində konsert verəcək. Lent.az-ın məlumatına görə, bu barədə prodüser Tolik (Tarix Əliyev) "İnstagram" səhifəsində məlumat verib. O, bildirib ki, türkiyəli müğənnin konserti Gəncədə İcra hakimiyyətinin qarşısında olacaq. Həmin gün eyni səhnəni xalq artisti Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova və Natiq ritm qrupu bölüşəcək. Prodüser onu da əlavə edib ki, konserti Gəncə İcra hakimiyyəti təşkil edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31