Əməkdar artist yeni evə köçdü
16 Dekabr 2014 16:10 MədəniyyətƏməkdar artist Teymur Əmrah prezidentin verdiyi mənzili dəyişib. Lent.az-ın axsam.az-a istinadən məlumatına görə, müğənni üç il əvvəl prezident İlham Əliyevin ona hədiyyə etdiyi mənzili başqası ilə dəyişib. Bu haqda "Gündəlik" verilişində danışan T.Əmrah səbəbi açıqlayıb: "Evi satmamışam, buna ixtiyarım yoxdur. Çox sağ olsun, ölkə başçısı mənə mənzil bağışladı. Beşinci mərtəbə idi. Qalxa bilmirdim, ayaqlarımda duz var. Mən də o evi üzbəüz binada başqa mənzillə dəyişdim. Bura daha rahatdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31