“Üç gün az yesəm, arıqlayaram” – Məleykə
16 Dekabr 2014 12:00 MədəniyyətXalq artisti Məleykə Əsədova gözəllik sirlərindən danışıb. "Qafqazinfo"nun məlumatına görə, "Hər şey daxil" verilişinə açıqlama verən xalq artisti baxımlı olmağı sevdiyini bildirib: "Baxımlı olmağı xoşlayıram. Üzdə olan xanımıq, evdən çıxanda makyaj etməliyik, çünki küçədə yaxınlaşıb şəkil çəkdirmək istəyirlər. Qızım dünyaya gələndən işlərimi təxirə salmışam, tez-tez qızımla dincəlirəm. Pəhriz saxlamıram. Üç gün az yesəm, arıqlayaram. Yaydan vitamin qəbul edirəm ki, kilo alım. Arıq olmaq mənə yaraşmır. Tanınmış adamam, necə ola bilər ki, dırnağım formada olmasın? Bu gözəllikdir. Makiyaj etməsən də, üzünə əl gəzdirməlisən. Gənclik özü gözəllikdir, bizim xanımların 30 yaşdan sonra üzünə nur gəlir. Plastik əməliyyata pis baxmıram, üzün şişirdilməsini isə normal qəbul etmirəm. 1993-cü ildə burun əməliyyatı etdirmişəm, kompleks yaradırdı. Əsl gözəllik insanın daxilindədir".