Səidə: “Elnarəni canlı-canlı yeyərəm, sonra da qusaram”

Müğənni Elnarə Xəlilova ilə həmkarı Səidə Sultan arasında olan qalmaqal səngimək bilmir. Lent.az-a açıqlama verən Səidə bildirib ki, E.Xəlilovanın onun barəsində söylədiyi fikirlər əsasızdır: "Bir neçə gün öncə Elnarə açıqlama verib ki, "Səidəni həmkarım olaraq tanımıram". Yalan deyir. Məni tanıyan tanıyır. Elnarənin tanımamağı məni qəti maraqlandırmır. Deyir ki, "səhər efirlərinə gecə geyimində çıxıram". Yaxşı eləyirəm. Bacarana can qurban. Bunlar statusdan danışanda yəqin ki, analıq statusundan danışırlar. Hər kəsin bir qisməti var. Qaldı ki, müğənnilik statusuna, Elnarə bu gün Azərbaycanda elə də önəmli ifaçı deyil. Fakt odur ki, o, o qədər də tanınmış müğənni deyil. Adı hər yerdə hallanmır. O, özünü kim hesab eləyir? Amma Səidə Sultan var, olub və olacaq. Elnarə mənə rəqib deyil. Olmayacaq. Elnarəni oxumaqda canlı-canlı yeyərəm, sonra da qusaram".
Qeyd edək ki, E.Xəlilova Lent.az-a müsahibəsində S.Sultanının ona "Zövqsüz" deməsinə münasibət bildirmişdi. Elnarə deyib ki, Səidə onun həmkarı deyil: "O, mənim həmkarım deyil. Onu həmkar olaraq hələ ki, tanımıram. Mən Milli Konservatoriyanın məzunuyam, peşəkar, ali savadlı xanəndəyəm. O, gərək mənim statusumda olsun ki, həmkarım olsun. Mənim həmkarlarım Röya Ayxan, Natəvan Həbibi, İradə İbrahimova və Samirə Allahverdidir. Hər zaman səhər efirinə gecə paltarında çıxır. Başa düşə bilmirəm, səhər efirinə necə gecə paltarında çıxmaq olar? O, məndən çox geridədir. Özü də bunu başa düşür. Lazım gələrsə, mən ona kömək də edərəm. Məsələn, ona deyə bilərəm ki, bəsdir də, gecə paltarında efirə çıxdın. Yalnız bu sözü özünə deyə bilərəm. Yəni çıxıb hardasa demərəm. İstəməzdim ki, adım onunla hallansın. Çünki bu, onun üçün çox böyük reklam olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31