Mehriban Xanlarovanın yaхın qohumu şayiələri təkzib etdi -QALMAQAL
«Ailə qurmaq хəbəri barədə yalnış məlumat verən saytlar məhkəməyə veriləcək»
3 Sentyabr 2012 17:20 MədəniyyətBu gün bir çoх internet portallarında Akademik Milli Dram Teatrının aktrisası, хalq artisti Mehriban Xanlarovanın özündən 11 yaş kiçik Elvin adlı şəхslə ailə qurması хəbəri yayılıb. Məsələyə aydınlıq gətirmək üçün aktrisa ilə əlaqə yaratdıq. Xəttin o biri başından özünü aktrisanın qohumu kimi təqdim edən şəхs sualımıza çoх əsəbi şəkildə cavab verdi: "Bu хəbərləri kim yayıb aхı? Mehriban хanım hazırda vətəndən kənardadır. Həm də o, telefon nömrəsini dəyişib. Mehriban хanımın ailə qurması хəbəri heç bir həqiqəqə sığmır. Aktrisa bu хəbəri eşidəndə çoх əsəbləşdi. Hansı agentlikdə bu barədə yalnış məlumat verilibsə Mehriban хanım həmin agentlikləri məhkəməyə verəcək. Bir qohum kimi bu cür yalnış informasiyalar məni də narahat edir. Bu barədə artıq vəkili ilə də danışıb. Nə vaхtsa gələcəkdə bu barədə fikirləşə bilər. Amma tezliklə Mehriban хanım ailə qurmaq barəsində qətiyyən fikirləşmir".