Bəstəkardan Ulu Öndərə ithaf VIDEO

Bəstəkar və şair Tural Bayraməliyev mərhum prezidentimiz Heydər Əliyevin anım günündə ona söz və musiqisi özünə məxsus olan yeni kompazisiyasını itaf edib. "Ulu Öndər" adlanan mahnı Türkiyədə peşəkar musiqiçi heyəti tərəfindən aranjeman olunub. Əməkdar artist Almaz Ələsgərlinin ifasında lentə yazılan itaf nəğməsi klassik notlara köklənib. Çoxlu sayda skripkanın və müxtəlif alətlərin müşayiəti ilə yazılıb.
Rejissor Natiq Novruzovun ekran həyatı verdiyi klipdə həmçinin sinxrondan istifadə edilib. Mətbuata açıqlama verən Tural Bayraməliyev bunları qeyd edib: "Ulu Öndərimiz musiqinu duyan və ona dəyər verən şəxsiyyət olub. Onun xatirəsini əziz tutan belə bir layihəni ərsyə gətirməyi özümə borc bildim. Həm musiqi, həm sözlərdə, eyni zamanda klipdə dahi şəxsiyyəti əks etdirməyə çalışmışıq". Xatırladaq ki, buna qədər Tural Bayraməliyev Heydər Əliyev haqqında "Xalqımızın Qəlbindəsən" (ifa Nisə Qasımova) və "Ölməz prezident" (ifa Gülyaz və Gülyanaq Məmmədova bacıları) nəğmələrini itaf edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31