Türkiyəyə gəlin köçən müğənnimiz uşaqları ilə birlikdə Vətənə döndü... (FOTO)
Sima Qasımova: "Səhnə və Vətən həsrəti hər gün məni damla-damla bitirirdi"
3 Sentyabr 2012 15:57 MədəniyyətBir neçə il öncə Türkiyəyə gəlin köçən "Azəri Star" mahnı yarışmasının iştirakçısı Sima Qasımovadan xəbər var. ANS PRESS-in malumatına görə, son aylar Vətəni və yaradıcılığı üçün darıxan Sima hər iki tərəfin razılığı ilə səhnəyə qayıtmağa qərar verib.
"Türkiyəni çox sevdiyim üçün fikirləşdim ki, orada yaşamaq, ailə həyatı qurmaq mənə qürbət hissini yaşatmaz. Amma yanıldım. Səhnə və Vətən həsrəti hər gün məni damla-damla bitirirdi.
Həyat yoldaşım da nə qədər acı çəkdiyimi anlayıb, müəyyən tərəddüddən sonra Vətənə, səhnəyə dönməyimə izn verdi. Hələlik övladımla birlikdə Bakıdayam, səhnə üçün iztirabıma son qoyuram".
S.Qasımova Türkiyə ilə birdəfəlik vidalaşmadığını bildirib. Hələlik Bakıda qalacağını qətiləşdirən Sima ailəsindən böyük dəstək alır.
"Sənət dostlarım da qayıtmağıma az israr etmədilər. Təhsil aldığım Azərbaycan Milli Konservatoriyasının müəllim, tələbə heyəti sosial şəbəkələrdə səhnəyə dönməyimi israr edirdilər.
Sənətkarların fikri təkan oldu. Planlarım çoxdur. Mötəbər yarışmalar, böyük səhnələr və ən başlıcası sanballı repertuar. Hazırda sonuncunun üzərində çalışıram".