"The Harem": "Muhteşem yüzyıl"ın başına bəla gəlir - VIDEO

Bu aydan etibarən Türkiyənin FOX telekanalında nümayiş olunacaq "Harem" serialı çox populyar "Muhteşem yüzyıl"ı lağa qoyur. Milli.Az bildirir ki, serialın ssenari məllifləri "Milliyet" qəzetinin tanınmış yazarları Ali Eyüboğlu və Gani Müjdedir.
Basur hökmdarı sultan Kiçik Əsədi devirib onun torpaqlarına yiyə çıxmaq istəyən Krım Konqo krallığının kralı Ulan Bator düşmən barədə məlumatlar əldə etmək üçün bacısı Abidə Sultanı casus kimi Basur səltənətinə yollayır və hərəmə daxil edir.
Abidə Sultan az sonra Kiçik Əsədin ən sevimli cariyəsinə çevrilir.
Abidə Sultan obrazı əslində "Muhteşem yüzyıl" serialındakı Hürrem Sultan obrazının komik antipodu sayıla bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31