Azərbaycan beynəlxalq sərgidə
3 Sentyabr 2012 14:56 Mədəniyyət2013-cü ilin 6-10 mart tarixində Berlində keçiriləcək "İTB Berlin 2013" beynəlxalq turizm sərgisində Azərbaycan "Konqres və Mədəniyyət" tərəfdaşı kimi çıxış edəcək. Məlumatı Mədədniyyət və Turizm Nazirliyi yayıb.
Bu məqsədlə qeyd olunan sərginin təşkilat komitəsinin nümayəndələri Bakıda səfərdədirlər.
Nümayəndə heyətini mədəniyyət və turizm naziri Ə.Qarayev qəbul edib.
qeyd edək ki, 2003-cü ildən başlayaraq, Azərbaycan hər il mütəmadi olaraq, "İTB Berlin" beynəlxalq turizm sərgisində iştirak edir. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31