Səidədən Elnarəyə cavab: "Səviyyəsiz səviyyədən danışır"

Müğənni Səidə Sultan həmkarı Elnarə Xəlilovanın onun haqqında dediyi sözlərə münasibət bildirib. Səidə axsam.az-a deyib ki, səsi ilə Elnarəni yeyər: "Hansısa bir müğənninin həmkarını tanımadığını söyləməsi gülməlidir. Elnarəyə deyirəm ki, başından böyük danışma. Hamı bir-birini çox gözəl tanıyır. Sənətə gəldikdə isə... Sən Konservatoriyanı bitirmisən, mən İncəsənəti. Mən də Vaqif Gərayzadənin tələbəsi olmuşam, sən də... Sən xanəndəliyi bitirmisən, mən də xanəndəlik oxumuşam. Səsə qaldıqda isə... Səsimlə səni yeyərəm. Zövqə gəldikdə, bağışla, bacı, sənin, doğrudan da, zövqün yoxdur. Düz sözdən inciməli nə var ki? Həmişə səviyyəsiz səviyyədən danışır. Müğənnilərə səslənirəm: deməyin ki, filan müğənnini tanımıram. Maskaları çıxardaq, bir-birimizi aldatmayaq".

Xatırladaq ki, E.Xəlilova Lent.az-a müsahibəsində Səidə Sultanla barəsində bu sözləri demişdi: "Elə bir həmkarımı tanımıram. Mən onunla eyni qrupda oxumamışam. Məndən sonra o qrupda ola bilər. Onu həmkar olaraq hələ ki, tanımıram. Mən Milli Konservatoriyanın məzunuyam, peşəkar, ali savadlı xanəndəyəm. O gərək, mənim statusumda olsun ki, həmkarım hesab edilsin. Başa düşdünüz də? Mənim həmkarlarım Röya Ayxan, Natəvan Həbibi, İradə İbrahimova və Samira Allahverdidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31