Azərbaycanlı müğənninin nişanlısından 1 milyonluq yardım
"Mən sadəcə istəyirəm ki, hərbi əməliyyatlar mümkün qədər tez bitsin"
10 Dekabr 2014 17:45 MədəniyyətDünya şöhrətli rusiyalı opera ifaçısı Anna Netrebko Donetsk opera və balet teatrına 1 milyon rubl bağışlayıb. Anspress-in məlumatına görə, müğənni vurğulayıb ki, o siyasəti deyil, yalnız incəsənəti dəstəkləyir və ümid edir ki, tezliklə müharibə bitəcək. Opera ulduzu mədəniyyət forumunda iştirak etmək üçün Sankt Peterburqa gedib və öz əliaçıqlığını göstərib. O, öz cibindən Anatoli Solovyanenko adına Donetsk milli opera və balet teatrına 1 milyon rubl bağışlayıb. Onun sözlərinə görə, vəsait mədəni dəyərlərin mühafizəsinə, eləcə də yadların maraqlarının qurbanı olan və silah səsləri altında yaşayan mülkü şəxslər üçündür. "Mən sadəcə istəyirəm ki, hərbi əməliyyatlar mümkün qədər tez bitsin. Mən bu konfilikt zamanı incəsənəti və aktyorları dəstəkləmək istəyirəm".
Qeyd edək ki, Anna Netrebkonu azərbaycanlı tenor Yusif Eyvazovun nişanlısıdır. Cütlük gələn ilin yayında evlənməyə hazırlaşırlar.