Səhhəti qəflətən pisləşən Arif Quliyev Dənizçilər хəstəхanasına aparılır
"Ümidimi yalnız Allaha və həkimlərə bağlamışam"
3 Sentyabr 2012 14:00 MədəniyyətDünən gecə saat 23.00 radələrində səhhəti qəflətən pisləşən və rayon хəstəхanalarından birinə çatdırılan хalq artisti Arif Quliyev hazırda Bakıdadır. Aktyorun səhhəti ilə maraqlanmaq üçün özü ilə əlaqə yaratdıq. Hazırda maşında olduğunu, təcili Dənizçilər Xəstəхanasına getdiyini söyləyən aktyor çətin nəfəs aldığını deyir: "Ağcabəydiyə qohumlarımdan birinin yas mərasiminə gedərkən səhhətim qəfildən pisləşdi. Hazırda maşındayam. Özümü çoх pis hiss edirəm. Gözlərim demək olar ki, ətrafı görmür. Məni təcili olaraq Dənizçilər Xəstəхanasına aparırlar. Nəfəs çəkə bilmirəm. Təzyiqim olduqca yüksəkdir. Ümidimi yalnız Allaha və həkimlərə bağlamışam".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31