Bu mahnını indi dünya oxuyur: "Əgər səni tutsam..." - VİDEO - FOTO

Braziliyalı müğənni, gənc Mişel Telonun "Ai Se Eu Te Pego" (Əgər səni tutarsam) mahnısı YouTube servisinin ən populyar ifalarından birinə çevrilib.İndiyədək həmin mahnının klipinə 424,6 milyon dəfədən çox baxılıb. Telonun mahnısı mühafizəkar Britaniyada da hədsiz dərəcədə populyarlaşıb.Mahnı indi dünyanın 35 ölkəsində çartların lideridir.İTunes-dəki satışlarda isə Portuqaliya, İtaliya, İspaniya, Argentina, Çili və Latın Amerikasının digər ölkələrində mahnı şəksiz liderə çevrilib.Mahnının fanatları arasında Madrid "Real"ının portuqal ulduzu Kriştiano Ronaldo da var.milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31