ATV-nin cazibədar aparıcısı: “Onun apardığı hər yer xoşdur”
10 Dekabr 2014 12:05 MədəniyyətAiləm.az-ın "Aparıcı nə aparır?" rubrikasının budəfəki qonağı Nərgiz Məmmədovadır. Nərgiz tamaşaçılara ATV kanalından tanışdır. Onu ekranlara hava proqnozu çıxarıb. Hazırda isə ölkənin əsas maqazin proqramlarından olan "ATV maqazin"ı aparır.
- Aparıcı nə aparır?
- Lazım olanı.
- Siz nə aparırsınız?
- Şou-biznes aləminin həftəlik abu-havasından danışıram.
- Nə apara bilmədiniz?
- Özümdən ağır yük daşımaram.
- Nəyi qoymadılar siz aparasınız?
- Hələ bu qədər cəsarətli biri olmayıb.
- Kim apardı, sizə qalmadı?
- Mən apardım! Heç kimin ruhu da incimədi.
- Aparıldığınız ən xoş yer?
- Onun apardığı hər yer xoşdur.
- Kim aparanda sevinirsiniz?
- Yalnız və yalnız O...
- Özünüzü ağır apara bilirsiniz?
- Təbii ki...
- Kimdir ən yaxşı aparan?
- Özünə inanan və güvənən
- Kimlə apara bilmərsiniz?
- Aparmaq təcrübəsi olmayanla.
- Kimi kimdən aparmısınız?
- Məndən aparmasınlar, mənim heç kimin heç nəyində gözüm yoxdur.
- Sizdən kimi və nəyi aparıblar?
- Məndən kimisə və ya nəyisə aparmağa heç kimin cürəti çatmaz.
- Son dəfə olsa, nə aparardınız?
- Son dəfə də, ilk dəfə də yalnız və yalnız ONU apararam.