Azərbaycanın xalq artisti xəstəxanaya yerləşdirilib
3 Sentyabr 2012 13:12 MədəniyyətAzərbaycanın xalq artisti Arif Quliyevin səhhətində problem yaranıb.
APA-nın xəbərinə görə, dünən gecə saat 23.00 radələrində Ağcabədi rayonuna yas mərasiminə gedən xalq artistinin səhhəti Ucar-Zərdab avtomobil yolunda qəflətən pisləşib. Arif Quliyev yaxınlıqdakı Zərdab Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Xəstəxananın baş həkimi Ruslan Nemətov APA-ya Arif Quliyevin tibb müəssisəsinə hipertonik kriz diaqnozu ilə daxil olduğunu bildirib. Ona ilkin tibbi yardım göstərilib. Vəziyyəti normallaşandan sonra Arif Quliyev təcili yardım maşını ilə Bakıya yola salınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31