Səbinə Babayeva: “Ayrılmağımla bağlı xəbər cəfəngiyatdır"
9 Dekabr 2014 19:25 Mədəniyyət"Eurovision" təmsilçilərimizdən olan Səbinə Babayeva boşanması ilə bağlı xəbərlərə münasibət bildirib. "Gündəlik" verilişinə qonaq olan ifaçı ailəsində hər şeyin yaxşı olduğunu deyib: "Ayrılmağımızla bağlı xəbər kiminsə cəfəngiyatıdır. Bilmirəm bu söhbət haradan qaynaqlanıb, kim çıxarıb. Bir sayt yazdı, oradan da hər yerə yayıldı. Belə bir şey yoxdur. Həyat yoldaşımla birgə məlumatı yazan müxbirlə üzləşmək, xəbərin haradan qaynaqlandığını öyrənmək istədik. Onu bizdən gizlətdilər. Ailəmdə hər şey yaxşıdır". (axşam.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31