Azəri Günel Alişanla rəqs etdi VIDEO

Günel qardaşı Tunarla türklərə musiqi ziyafəti verib

Türkiyədə yaşayıb, fəaliyyət göstərən Azəri Günel Zeynalova tanınmış türk kanallarından birinin qonağı olub. Anspress-in məlumatına görə, gənc müğənni qardaşı Tunarla birgə Show TV-də Alişanla Çağla Şikelin "Hər şey daxil" verilişinə qatılıb. Günel verilişi izləyənlər üçün əsl musiqi ziyafəti verib. Azəri qızı öz orkestri ilə canlı performans sərgiləyib. "Mən hər getdiyim yerdə iki vətənim, iki sevdiyim ölkəm olduğunu deyirəm. Biri Azərbaycan, biri Türkiyədir. Bir iki dövlət bir millətik". Günelin bu sözlərindən sonra studiyada gur alqış səslənib. Əyləncəli verilişin qonaqları arasında rəqs müəllimi olan Yuri də olub. Günel canlı efirdə Yuri ilə bacata rəqsi edib. Daha sonra isə müğənni Alişanla rəqsə başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31