Vaxtanq Kikabize Bakıda solo konsert keçirəcək

Gürcüstanın Xalq Artisti, məşhur müğənni Vaxtanq Kikabidze Azərbaycana gələcək. "OLAYLAR"-ın Heydər Əliyev Mərkəzinə istinadən verdiyi xəbərə görə, Vaxtanq Kikabidze dekabrın 20-də Heydər Əliyev Mərkəzində "Mənim dəbdən düşməyən mahnılarım" adlı solo konserti ilə çıxış edəcək. Canlı  əfsanə proqramda yaradıcılığının müxtəlif dövrlərində ifa etdiyi, milyonlarla dinləyicinin qəlbini fəth edən, ona uğur, şöhrət və sevgi qazandıran mahnılarını təqdim edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31