Elnurdan “Rza Zərrab” açıqlaması: “Yalan məlumatdır”

Elnur Hüseynov Türkiyə mediasında onunla bağlı yayımlanan xəbərlərə aydınlıq gətirib. Ailem.az-ın məlumatına görə, "O ses Türkiyədə" möhtəşəm performansı ilə gündəmə gələn Elnur Rza Zərrabın ona pul verməsi ilə bağlı iddialara hafta.az-a açıqlamasında cavab verib. O, bu  xəbərlərin yanlış olduğunu və heç bir əsasının olmadığını bildirib. Hüseynov sevənlərini yalançı məlumatlara inanmamağa çağırıb və  Azərbaycandan ona verilən dəstəyə görə dərin minnətdarlığını bildirib: "Fikrimizcə, türk mediası xəbərlərini dərc etməmişdən öncə verdikləri məlumatı dərindən araşdırsalar, daha peşəkar iş ortaya çıxara bilərlər".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31