Ağamurad Şirvanlının 50 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Şamaxı rayon Mədəniyyət Mərkəzində Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, Əməkdar Mədəniyyət İşçisi, Şirvan Aşıqlar Birliyinin sədri, aşıq Ağamurad Şirvanlının 50 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbir Şamaxı rayon İcra Hakimiyyəti, Azərbaycan Aşıqlar Birliyi və AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional şöbəsinin birgə təşkilatçılığı ilə keçirilib. Sonra Şamaxı rayon İcra Hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərovaqurumun Fəxri fərmanını Aşıq Ağamurada təqdim edib. Tədbirdə çıxış edən Milli Məclisin deputatı Ərəstun Cavadov, Azərbaycan Aşıqlar Birliyinin sədri, Xalq şairi Zəlimxan Yaqub, akademik Vasim Məmmədəliyev, professorlar Məhərrəm Qasımlı, Qəzənfər Paşayev, Buludxan Xəlilov, Seyfəddin Qəniyev və filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədli aşıq Ağamurad Şirvanlının şəxsiyyəti və yaradıcılığının özəlliyindən danışıblar. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31