“Qala” qrupu: “Biz hazırıq”

"Olaylar" bildirir ki, bu yaxınlarda "Qala" qrupunun tərkibi yenilənmişdi. Sumqayıtda fəaliyyət göstərən ilk "Qala" qrupunun nümayəndəsi ilə digər "Qala" qrupu birləşdi. Xəyyam və Elşaddan ibarət olan qrupa Emil də daxil olub. Beləliklə iki qrup birləşərək respublikada yeganə "Qala" qrupunu yaratdı.  Bundan sonra yeni mahnılar və layihələr üstündə işləməyə çalışan qrup  artıq daha da məsuliyyətli və keyfiyyətli iş ortaya qoyacaqlarına söz verib. Qrup  sevənlərinə yeni layihələrini təqdim etmək üçün hazır olduqlarını bildirib. "Qala"-nın yeni Səni Sevirəm adlanan mahnısı artıq hazırdı. Hətta mahnıya klip çəkiləcəyi gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31