“”Nadir şah” bütün türk dövlətlərinin teatrlarında səhnələşdirilməlidir”

Aslan Xalidi: “Yunus Oğuzun əsəri ictimai şüurda bütövlük fikrinin möhkəmlənməsinə səbəb olacaq”

"Yunus Oğuzun "Nadir şah" romanı əsasında yazılmış pyesin Azərbaycan Akademik Dövlət Dram Teatrında səhnəyə qoyulması ilin mədəni hadisəsidir". Bu sözləri "OLAYLAR"a açıqlamasında Kanadada yaşayan güneyli soydaşımız, Azərbaycan Strateji Aradırma Mərkəzinin rəhbəri Aslan İsabəyli deyib. Onun sözlərinə görə, "Nadir şah" kimi əsərlərin səhnələşdirilməsi, filmlərə çəkilməsi ictimai şüurda bütövlük fikrinin formalaşmasına, Azərbaycan cahangirlərinin, böyük dövlət xadimlərinin dünyada tanınmasına səbəb olacaq: ""Nadir şah" vətənin bütövlüyünü özündə əks etdirən əsərdir. Yunus Oğuzun yüksək sənətkarlıqla, vətənpərvərlik hissləri ilə yazdığı bu əsər bütün türk dövlətlərinin teatrlarında, o cümlədən Tehranda, Təbrizdə səhnəyə qoyulmalıdır. "Möhtəşəm yüzil" teleserialının uğuru onu göstərdi ki, tarixi biz də tarixi qəhrəmanlarımızın həyatndan bəhs edən əsərləri səhnələşdirməli, ekranlaşdırmalıyıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31