“Nadir şah” əsərində teatral məqamlar çoxdur-Nizami Cəfərov

" "Nadir şah" əsəri ilə mən tanışam. Onun haqqında da yazmışam. Yunus Oğuz tarixdən olduqca istedadla yazır". Bu fikirlərin müəllifi milllət vəkili, professor Nizami Cəfərov adı keçən əsərin səhnələşdirilməsinə də münasibətini bildirib: "Mən əminəm ki, "Nadir şah" obrazının bizim səhnəmizdə yaradılması çox yaxşı bir hadisə olacaq. Onu da xüsusi qeyd etmək istəyirəm ki, romanda teatral məqamlar həddindən artıq çoxdur. Dialoqlar, teatrda görünməsi mümkün olan obrazlar çoxdur. Yaxş oynanılsa, yaxşı aktyor kollektivi olsa, işlərinə istedadla yanaşsalar, Yunus Oğuzun bu əsərindən həqiqətən çox gözəl bir dram əsəri, gözəl bir pyes,  teatr tamaşası çıxacaq".

Qeyd edək ki, yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun "Nadir şah" əsəri Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə səhnələşdirilir. Dekabrın sonunda əsərin premyerası keçiriləcək. ("OLAYLAR"İA) 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31