Nadirdən etiraf: "Yoldaşım görməsin deyə yorğanın altında..."
5 Dekabr 2014 11:23 Mədəniyyətİnstagramda aktiv olan sənətçilərimizdən biri də Nadir Qafarzadədir. 51 min izləyicisi olan Nadir saxta artım etmədiyini, belə şeylərdən heç başının çıxmadığını da deyir. İnstagram aludəçisinə çevrilən sənətçi bu vərdişinə görə həyat yoldaşının da qınağına tuş gəlib. "Mənə instagram hesabını İlkin Həsəni açıb. O gündən bu günə kimi instagram aludəçisi olmuşam. Hara gedirəm "wifi" axtarıram. Hətta gecə yatanda yoldaşım "Bəsdir day, söndür telefonu", - deyir. O, görməsin deyə mən də yorğanın altında yazmağa çalışıram. Artıq telefon ikinci həyat yoldaşım olub. Çox sadiq izləyicilərim var. Özü də başqaları kimi sayı süni şəkildə artırmamışam. Heç başım da çıxmır". (gecce.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31