Mətanət Əsədova 8400 manatlıq ətrindən danışdı: "Qadınam, yaxşı dostlarım var"
4 Dekabr 2014 18:15 MədəniyyətMüğənni Mətanət Əsədova 8400 manatlıq ətirdən istifadə edirmiş. İfaçı Lent.az-a açıqlamasında bildirib ki, ətirləri çox sevir və bahalı ətirlərə biganə deyil. Ən bahalı ətrimin qiyməti də 8 min 400 manatdır. Bəli, düz də demişəm. Bu belədir. Mənim imkanlı dostlarım var. Onlar bilirlər ki, Mətanət ətir sevəndi. Buna görə də mənə bahalı ətirlər alırlar. Amma öz pulumla aldığım ətirlərə də elə pulllar xərcləyirəm ki, buna hər adamın əli gəlməz. Başa düşə bilmirəm, mənim bu açıqlamamı niyə bu qədər şişirtdilər? Qadınam, yaxşı dostlarım da var. Onlarda hər zaman mənə yaxşı ətirlər hədiyyə edirlər. Bu mövzunun böyüməsini istəmirəm".
Qeyd edək ki, M.Əsədova bir neçə gün öncə atvxəbər.az-a açıqlamasında bildirmişdi ki, ən bahalı ətrimin qiyməti 8400 manatdır.