Azərbaycanlı müğənni ata oldu: "Çox xoşbəxtəm"

Azərbaycanlı müğənni Elvin Abdullayev ata olub. Axşam.az-ın verdiyi məlumata görə, sənətçinin oğlu dünyaya gəlib: "Çox xoşbəxtəm. Oğlum da, həyat yoldaşım da hazırda yaxşıdır. Bu gün səhər dünyaya gəldi. Allah olmayanlara qismət etsin".

Qeyd edək ki, E.Abdullayev "Şarm" verilişinin rejissoru Afət Abdullayeva ilə martda ailə qurub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31